|
|
|
|

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.
525.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1.18 dollar və ya 1,49% ucuzlaşaraq 77.91 ABŞ dolları olub.
Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 79.09 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.



