|
|
|
|

“Qarabağ”ın UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi “Vestri” İslandiya 1-ci liqasında (statusuna görə 2-ci liqa) növbəti oyununa çıxıb.
525.az xəbər verir ki, iyulun 13-də komanda 14-cü turun matçında öz meydanında “Fylkir”lə qarşılaşıb. Görüş qonaqların 5:2 hesablı qələbəsi ilə başa çatıb.
“Vestri”nin qollarını 49-cu dəqiqədə Tordur Haftorsson və 85-ci dəqiqədə penaltidən Qunnar Hauksson vurublar.
Bu məğlubiyyətdən sonra “Vestri” 14 oyundan sonra 21 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.
Qeyd edək ki, Reykyavikdə keçiriləcək “Vestri" - "Qarabağ" oyunu yerli vaxtla iyulun 16-ı saat 20:00-da, Bakı vaxtı ilə iyulun 17-si saat 00:00-da başlayacaq.
Xatırladaq ki, ilk matçda "Qarabağ" 3:0 hesabı ilə qələbə qazanıb.



