|
|
|
|

Bu gün gömrük fəaliyyətimizdə Ümumdünya Gömrük Təşkilatının (ÜGT) beynəlxalq standartları, hüquqi alətləri, metodoloji sənədləri və qabaqcıl təcrübələri əsas fəaliyyət istiqamətlərindən biri kimi qəbul edilir.
525.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, təşkilatın formalaşdırdığı prinsiplər artıq dünyanın bir çox ölkəsində tətbiq olunur, davamlı şəkildə təkmilləşdirilir və rəqəmsal transformasiya ilə müasir idarəetmə modelinin ayrılmaz tərkib hissəsinə çevrilir:
"Biz öz gömrük strategiyamızı Ümumdünya Gömrük Təşkilatının standartları əsasında inkişaf etdirmişik. 2025–2030-cu illəri əhatə edən Strateji Planda müəyyən edilmiş yanaşmalardan da geniş istifadə edirik. Bir qədər əvvəl təqdim etdiyimiz kimi, biz bu müasir alətləri hər gün tətbiq edirik və ümid edirik ki, əməkdaşlarımız bundan sonra da bu qabaqcıl imkanlardan ən səmərəli şəkildə istifadə edəcəklər".



