|
|
|
|

"Rəqəmsal gömrük sisteminin xarici ticarət dövriyyəsinə müsbət təsir göstərəcəyi gözlənilir. Elektron bəyannamə, əvvəlcədən məlumatlandırma, avtomatlaşdırılmış risk idarəetmə sistemi və rəqəmsal sənəd dövriyyəsi malların sərhəddən keçmə müddətini azalda, logistika xərclərini aşağı sala və idxal-ixrac əməliyyatlarını sürətləndirə bilər. Bu isə Azərbaycanın tranzit ölkə kimi rəqabət qabiliyyətini artırmaqla yanaşı, beynəlxalq ticarət dəhlizlərində mövqeyini də gücləndirə bilər".
Bunu iqtisadçı ekspert Asif İbrahimov 525.az-a söyləyib. Ekspert qeyd eidb ki, paralel olaraq rəqəmsallaşma sahibkarlar üçün inzibati yükün azalmasına, sənəd dövriyyəsinin sadələşməsinə və insan amilinin minimuma endirilməsinə xidmət edir. Prosedurların şəffaflaşması korrupsiya risklərini azalda, biznes mühitində etimadı artıra və xüsusilə kiçik və orta sahibkarların xarici bazarlara çıxış imkanlarını genişləndirə bilər.
Sevinc Qarayeva



