|
|
|
|

“Azərbaycanda rəqəmsal inkişaf artıq təkcə yeni texnologiyaların tətbiqi ilə məhdudlaşmır. Bu proses dövlət idarəçiliyinin təkmilləşdirilməsini, qanunvericiliyin müasir tələblərə uyğunlaşdırılmasını və iqtisadiyyatın yeni inkişaf modelinə keçidini nəzərdə tutur”.
Bunu 525.az-a Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri, ekspert Elvin Abbasov deyib. Ekspert qeyd edib ki, Azərbaycanın 2026–2028-ci illər üzrə rəqəmsal inkişaf planı ölkə iqtisadiyyatını ənənəvi resurs modelindən bilik və data əsaslı iqtisadiyyata keçirməyi hədəfləyir. Milli Məlumat Hövzəsinin tam gücü ilə fəaliyyətə başlaması və dövlət idarəçiliyinin "Hökumət buludu" (G-cloud) platformasına köçürülməsi biznes mühitində əhəmiyyətli dəyişikliklər yaradacaq:
"Bu addımlar biznes subyektləri üçün bürokratik xərcləri və vaxt itkisini minimuma endirəcək. İqtisadiyyatın rəqəmsallaşması kölgə iqtisadiyyatının miqyasını azaldacaq, vergi və gömrük sistemlərində şəffaflığı artıracaq, daxili bazarda rəqabət mühitini gücləndirəcək".
Sevinc Qarayeva



