|
|
|
|

Bu ilin I yarımili ərzində Azərbaycanın informasiya və rabitə sektoru üzrə gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 7,5% artaraq 2 milyard manata yaxın olub.
Bu barədə 525.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.
Bildirilib ki, xüsusilə proqram təminatı xidmətlərinin gəlirləri 28%-ə yaxın artıb ki, bu da ölkədə rəqəmsal həllərə tələbatın və yerli İKT şirkətlərinin fəaliyyətinin genişləndiyini göstərir. Nəticədə informasiya və rabitə sektorunun ümumi daxili məhsulda payı 1,9%-ə yüksəlib.
Bundan əlavə, ölkənin əsas rəqəmsal hökumət platforması olan “mygov”un istifadəçilərinin sayı 3,4 milyon nəfəri ötüb. Platformada 400-dan çox rəqəmsal xidmət istifadəçilərə təqdim edilir.



