|
|
|
|

Bu mundialda iştirak edən Seneqal millisinin həkimi Əbdürəhman Fediorun müvafiq lisenziyasının olmadığı üzə çıxıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Seneqal Futbol Federasiyasının prezidenti Abdulaye Fal məlumat verib.
Onun sözlərinə görə 10 ildir komandada olan Fedior ümumiyyətlə idman həkimi deyil. O, ixtisasca akuşer-ginekoloqdur.
Maraqlıdır ki, Abdulaye Fal həkimin bu müddətdə komandada necə işlədiyinə aydınlıq gətirməyib. Əvəzində futbolçuların ona etibar etməmələrini, onunla işləmək istəmədiklərini deyib.
Qeyd edək ki, Seneqal millisi 1/16 final mərhələsində Belçika millisinə 2:3 hesabı ilə məğlub olaraq mundialla vidalaşıb. Bundan bir neçə gün sonra isə ginekoloqla müqavilə ləğv edilib.
L.Tağıyeva



