|
|
|
|

“Yəmən hakimiyyəti artıq İran təyyarələrinin ölkənin sərhədini keçməsinə icazə verməyəcək”.
525.az xəbər verir ki, bu barədə Yəmən Prezident Şurasının sədri Rəşad Məhəmməd əl-Əlimi bildirib.
"Biz Yəmən xalqına deyirik ki, bu gündən etibarən heç bir İran təyyarəsi torpağımıza qayıtmayacaq", o, Milli Müdafiə Şurasının iclasında deyib.
Məlumata görə, iclasdan sonra Şura suverenliyi qorumaq üçün bir sıra hərbi, siyasi və diplomatik tədbirlər paketini təsdiqləyib və eskalasiyaya görə üsyançı hərəkat “Ənsar Allah” (husilər) və Tehranın məsuliyyət daşıdığı vurğulanıb.
Qeyd olunub ki, Səna hava limanında lazımi prosedur olmadan uçuşların qəbul edilməsi Beynəlxalq Mülki Aviasiya haqqında Çikaqo Konvensiyasının və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin pozulmasıdır.
13 iyulda Yəmən Müdafiə Nazirliyi İran təyyarəsinin enişinin qarşısını almaq üçün Səna hava limanının uçuş-enmə zolağına zərbə endirildiyini açıqlayıb. Cavab olaraq, Husilər deeskalasiya mərhələsinin bitdiyini elan edib və Səudiyyə Ərəbistanındakı Abha Beynəlxalq Hava Limanına ballistik raket və pilotsuz təyyarə ilə zərbə endiriblər.
Ər-Riyadın rəhbərlik etdiyi ərəb koalisiyası cənub bölgələri üzərində raketlərin zərərsizləşdirildiyini bildirib.
Pərvanə Sultanova



