|
|
|
|

Srağagün Almaniyanın Drezden şəhərinin hava limanında fors-major hal yaşanıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, kiçikmühərrikli təyyarə eniş edərkən zolaqda olan dovşanı vurub.
Bundan sonra uçuş zolağında hərəkət bir müddətlik dayandırılıb. Buna səbəb isə protokol qaydaları olub. Qaydalara əsasən zolaqda yad cism aşkarlanarsa, təyyarələrin enməsinə və qalxmasına icazə verilmir. Ta ki, həmin əşya və ya canlı ərazidən uzaqlaşdırılana kimi.
Aeroport əməkdaşları olaydan sonra dovşanın leşini götürüb və əraziyə ümumi baxış keçiriblər. Məhz bundan sonra hərəkətə icazə verilib.
Qeyd edək ki, yarı saatlıq müddətdə enməli olan 1 təyyarə ehtiyat aeroporta göndərilib. Digər 2 təyyarə isə havada gözləyərək daha sonra eniş edib.
L.Tağıyeva



