|
|
|
|

“Çin hakimiyyəti ABŞ-ın İranın dəniz limanlarını hərbi blokadaya almasından narahatdır”.
525.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Jian bildirib.
“Çin Fars körfəzi bölgəsində hərbi münaqişənin yenidən başlamasından dərin narahatlığını ifadə edir. Hörmüz boğazı ətrafında yerləşən ölkələrin qanuni hüquq və mənafelərinə hörmət göstərilməsi, bu ərazidə normal və təhlükəsiz gəmiçiliyin tez bir zamanda bərpası beynəlxalq ictimaiyyətin ortaq istəkləridir", - diplomat deyib.
Əlavə edib ki, Pekin tərəfli təmkinli olmağa, çətinliklə qazanılmış atəşkəsi qorumağa, hərbi əməliyyatların yenidən başlamasına yol verməməyə, xüsusilə də mülki şəxslərin itkisinə səbəb olan müvəqqəti eskalasiyanın qarşısını almağa çağırır. Tərəflər danışıqları davam etdirməli və problemi həll etməlidirlər.
XİN rəsmisi vurğulayıb ki, Pekin bu məsələlərlə bağlı Sədr Si Cinpinin irəli sürdüyü təşəbbüsləri rəhbər tutaraq, Fars körfəzi və Yaxın Şərq regionunda gərginliyin azaldılması, eləcə də vəziyyətin sabitləşdirilməsi istiqamətində yorulmadan səylər göstərməyə davam edəcək.
Pərvanə Sultanova



