https://525.az/img/pics/medium/2026-07/397274_w7e77cswgd.jpg Ötən yayın xatirələri
https://525.az/img/pics/medium/2026-07/397268_7m5b15l53s.jpg Yaddaşın və Haqqın yolu
https://525.az/img/pics/medium/2026-07/397221_iciabe885b.jpg Sabah Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödəniləcək
https://525.az/img/pics/medium/2026-07/397171_1m726bcgru.jpg Tovuz döyüşləri: Zəfərin astanasında
search
14 İyul 2026

"İmişli"nin rəqibləri bəlli oldu

"İmişli"nin rəqibləri bəlli oldu

"İmişli"nin yay hazırlıq planı müəyyənləşib.

525.az xəbər verir ki, bu barədə klub məlumat yayıb. Bölgə təmsilçisi 2026/2027 mövsümünə hazırlığa iyulun 8-dən start verib. Komanda hazırlığın ilk mərhələsini iyulun 27-dək BOS-un yardımçı meydançasında keçirəcək.

Bu müddətdə "İmişli" iyulun 17-də "Şəfa", iyulun 21-də "Qarabağ-2", iyulun 24-də isə "Araz Naxçıvan"la yoxlama oyunlarında qüvvəsini sınayacaq.

İyulun 27-də komanda Yevlaxa yollanacaq və iyulun 28-də "Karvan"la yoxlama görüşü keçirəcək. Ardınca kollektiv Qəbələyə yollanaraq hazırlığın ikinci mərhələsinə başlayacaq. Təlim-məşq toplanışı avqustun 3-dək davam edəcək. Bu mərhələdə iyulun 31-də "Qəbələ", avqustun 3-də isə "Sumqayıt"la yoxlama oyunları keçiriləcək.

Hazırlıq çərçivəsində son yoxlama görüşü avqustun 8-də Bakıda baş tutacaq. Həmin oyundakı rəqibin adı daha sonra açıqlanacaq.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.