|
|
|
|

Konqo Demokratik Respublikasında Ebola virusundan dünyasını dəyişənlərin sayı 754-ə çatıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Mətbuat və Rabitə Nazirliyi məlumat yayıb.
İndiyə kimi bu virusa 2011 yoluxma halı qeydə alınıb. Onlardan 754-ü ölümlə nəticələnib.
Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı mayın 17-də Konqo və Uqandada epidemiya ilə bağlı fövqəladə vəziyyət elan edib. Uqandada da bu günə kimi 400-dən çox insan bu virusun qurbanı olub.
L.Tağıyeva



