https://525.az/img/pics/medium/2026-07/397274_w7e77cswgd.jpg Ötən yayın xatirələri
https://525.az/img/pics/medium/2026-07/397268_7m5b15l53s.jpg Yaddaşın və Haqqın yolu
https://525.az/img/pics/medium/2026-07/397221_iciabe885b.jpg Sabah Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödəniləcək
https://525.az/img/pics/medium/2026-07/397171_1m726bcgru.jpg Tovuz döyüşləri: Zəfərin astanasında
search
14 İyul 2026

"Sabah" ÇL-də növbəti mərhələyə yüksəldi

"Sabah" ÇL-də növbəti mərhələyə yüksəldi

Bu gün Azərbaycan təmsilçisi "Sabah" UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində TNS-lə (Uels) cavab oyununa çıxıb.

525.az xəbər verir ki, İngiltərədəki "Park Hall Stadium"da keçirilən matç "Sabah"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Bu komandaların bir həftə əvvəl Bakıda oynanılan görüşündə "Sabah" 2:0 hesablı qələbə qazanmışdı. Beləliklə, hər iki matçın ümumi nəticəsinə əsasən, paytaxt təmsilçisi 2-ci təsnifat mərhələsinə yüksəlib.

"Sabah" ÇL-in 2-ci təsnifat mərhələsində "Kups" (Finlandiya) klubu üz-üzə gələcək. TNS isə yoluna Konfrans Liasının 2-ci təsnifat mərhələsində davam edəcək və “Flora” (Estoniya) – “İberia 1999” (Gürcüstan) cütünün məğlubu ilə qarşılaşacaq.

Çempionlar Liqası, 1-ci təsnifat mərhələsi

21:30. TNS (Uels) - "Sabah" (Azərbaycan) - 1:2 

Qol: Coy Lens Mikels, 27 (0:1), Rəhman Daşdəmirov, 42 (0:2), Lok, 89 (1:2)

İlk oyun - 0:2

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.