|
|
|
|

“Şamaxı” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.
525.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
Bölgə təmsilçisi israilli yarımmüdafiəçi Teshager Degunu heyətinə qatıb. 25 yaşlı futbolçu ilə iki (1+1) illik müqavilə imzalanıb.
Degunun son klubu İsrailin “İroni”si (Modin) olub.



