|
|
|
|

Almaniyanın Frankfurt (Oder) şəhərində 19 yaşadək boksçular arasında beynəlxalq turnir keçirilib.
525.az xəbər verir ki, Azərbaycan millisi yarışda 6 medal qazanmağı bacarıb.
U-19 komandamızın heyətində Əli Əliyev (50 kq), Nihat Qasımov (55 kq), Sübhan Babayev (60 kq) gümüş, Toğrul Quliyev (60 kq), Şahin Aslanov (65 kq) və Səftər Məmmədzadə (+90 kq) bürünc medala sahib olublar



