https://525.az/img/pics/medium/2026-07/397535_cfle63e6e9.jpeg Slovakiya Prezidentinin Azərbaycana səfəri başa çatıb
https://525.az/img/pics/medium/2026-07/397462_w876pdmj3o.jpg Daşın pıçıltısı
https://525.az/img/pics/medium/2026-07/397274_w7e77cswgd.jpg Ötən yayın xatirələri
https://525.az/img/pics/medium/2026-07/397268_7m5b15l53s.jpg Yaddaşın və Haqqın yolu
search
16 İyul 2026
15 İyul 2026

Azərbaycan Cüdo Federasiyası Hidayət Həydərovu çəki sala bilmədiyi üçün cəzalandırıb

Azərbaycan Cüdo Federasiyası Hidayət Həydərovu çəki sala bilmədiyi üçün cəzalandırıb

Azərbaycanın olimpiya çempionu Hidayət Həydərov iki yarışda çəki sala bilmədiyi üçün cəzalanıb.

525.az-ın məlumatına görə, bu barədə Azərbaycan Cüdo Federasiyasının (ACF) icraçı vitse-prezidenti Rəşad Rəsullu mətbuat konfransında deyib.

ACF rəsmisi H.Heydərovun bu il iki turnirdə çəki sala bilmədiyi üçün yarışa buraxılmamasına münasibət bildirib:

"Bizim qaydalar hamı üçün eynidir. Hər qayda pozuntusunun ayrı cəzası var. Pul cəriməsi, təlim-məşqlərdən, hazırlıq proseslərindən kənarlaşdırıla bilərlər. Amma yüngülləşdirici məqamlar da nəzərə alınır. İdmançı etdiyi səhvi başa düşürsə, bunu düşünürük. Nizam-intizam bizim üçün önəmlidir. Hidayət çəkini niyə sala bilmədi? Səbəbi müəyyən etmişik. Bu istiqamətdə özü ilə birlikdə işləyirik. Hər ikisində Hidayət Heydərova cəza verilib. Bunu açıqlamaq istəmirik. Amma ən böyük cəzanı Hidayət Heydərov özünə verib. Biz onun ikiqat olimpiya çempionu olacağına şübhə etmirik".

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.