https://525.az/img/pics/medium/2026-07/397964_1mryqzj3oz.jpg TARİX HEÇ NƏYİ UNUTMUR
https://525.az/img/pics/medium/2026-07/397898_fsdobxs0zq.jpg “Şuşa təkcə bərpa olunmur, Şuşa sağalır” - Vaqif Poeziya Günlərindən təəssüratlar
https://525.az/img/pics/medium/2026-07/397884_ma11b3nueq.jpg Şuşada "Kitab dayanacağı" istifadəyə verilib
https://525.az/img/pics/medium/2026-07/397868_gzb53galcc.jpg FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
search
21 İyul 2026
20 İyul 2026

Qazax şəhərində avarçəkmə tədbiri keçiriləcək

Qazax şəhərində avarçəkmə tədbiri keçiriləcək

İyulun 24-də Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə 2026-cı i üçün ölkədə idman paytaxtı seçilən Qazax şəhərində avarçəkmə tədbiri keçiriləcək.

525.az federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, Heydər Əliyev Parkının ərazisində yerləşən su hövzəsində idmançılar akademik avarçəkmə, kayak və kanoe qayıqlarında nümunəvi çıxışlar nümayiş etdirəcəklər.

Bununla yanaşı, həvəskarlar üçün nəzərdə tutulmuş qayıqlarda peşəkar məşqçilərin nəzarəti altında şəhər sakinləri və qonaqlar avarçəkməni sınaqdan keçirmək imkanı əldə edəcəklər

Tədbirin əsas məqsədi regionlarda su idman növlərinin təbliği, yeniyetmə və gənclərin avarçəkməyə marağının artırılması, eləcə də sağlam həyat tərzinin təşviqinə töhfə verməkdir.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.