https://525.az/img/pics/medium/2026-07/397884_ma11b3nueq.jpg Şuşada "Kitab dayanacağı" istifadəyə verilib
https://525.az/img/pics/medium/2026-07/397868_gzb53galcc.jpg FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
https://525.az/img/pics/medium/2026-07/397830_z6abrqgkzo.jpg Sabah hava necə olacaq?
https://525.az/img/pics/medium/2026-07/397651_hkzdy3xohp.png Şər həmişə qışqırmır
search
19 İyul 2026
18 İyul 2026
17 İyul 2026

Mbappe dünya çempionatları tarixinin bombardiri oldu

Mbappe dünya çempionatları tarixinin bombardiri oldu

Fransa millisinin hücumçusu Kilian Mbappe dünya çempionatları tarixində yeni rekorda imza atıb.

525.az xəbər verir ki, komandanın kapitanı DÇ-2026-nın bürünc medal uğrunda İngiltərə ilə oyunda dubla edib. O, mundiallardakı qollarının sayını 22-yə çatdırıb.

Bununla da Mbappe dünya çempionatlarında ən çox qol vuran futbolçu kimi Argentina millisinin ulduzu Lionel Messini geridə qoyub. Fransa millisinin hücumçusu bu göstəriciyə 22 matçda nail olub.

Messinin hesabında isə dünya çempionatlarında keçirdiyi 33 oyunda 21 qol var.

Qeyd edək ki, Mbappe İngiltərə ilə qarşılaşmada 48-ci və 66-cı dəqiqələrdə fərqlənib.

DÇ-2026-nın finalında isə bu gün Argentina və İspaniya milliləri üz-üzə gələcək.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.