https://525.az/img/pics/medium/2026-07/397830_z6abrqgkzo.jpg Sabah hava necə olacaq?
https://525.az/img/pics/medium/2026-07/397651_hkzdy3xohp.png Şər həmişə qışqırmır
https://525.az/img/pics/medium/2026-07/397668_6onufghyva.jpeg Ötükən duyğuları - Şəmil Sadiq yazır
https://525.az/img/pics/medium/2026-07/397659_x9h8eczkmp.jpg "Süsənlər" - "Bir rəsmin dedikləri"
search
18 İyul 2026
17 İyul 2026

Mahir Emreli Polşadadır

Mahir Emreli Polşadadır

Azərbaycan millisinin hücumçusu Mahir Emreli karyerasını yenidən Polşada davam etdirməyə yaxındır.

525.az xəbər verir ki, bu barədə Polşanın sportowefakty.wp.pl saytında jurnalist Kamil Qlenbotski məlumat yayıb. Onun sözlərinə görə, 28 yaşlı futbolçu artıq agenti ilə birlikdə Polşadadır və “Rakuv”la danışıqlar aparır.

Jurnalist tərəflər arasında razılığın əldə olunmasının çox böyük ehtimalla baş tutacağını bildirib.

“Rakuv” 2026/27 mövsümündə Polşanı Konfrans Liqasında təmsil edəcək.

“Mahir Emreli “Rakuv”la danışıqlar aparır. Futbolçu dünən agenti ilə birlikdə Polşaya gəlib. Görüşlər davam edir və razılaşma çox real görünür. “Legiya”nın sabiq oyunçusu “Rakuv”un layihəsinə inanır. Yaxın günlərdə konkret yeniliklər gözlənilir”, – deyə Qlenbotski qeyd edib.

Transfer baş tutarsa, Emreli bir neçə illik fasilədən sonra Polşa Ekstraklasasına qayıdacaq. Hücumçu 2021/22 mövsümündə “Legiya”nın heyətində çıxış edib. Onun Varşava klubundakı karyerası azarkeşlərin komanda avtobusuna hücumundan sonra yarımçıq başa çatmışdı.

Bundan sonra Mahir Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunda oynayıb, daha sonra isə Almaniyaya yollanıb. O, ötən mövsüm “Kayzerslautern”in heyətində 12 çempionat oyununda meydana çıxaraq 1 qol vurub.

Qeyd edək ki, “Rakuv” Azərbaycan futboluna tanış rəqibdir. 2023/24 mövsümündə bu komanda Çempionlar Liqasının 2-ci mərhələsində “Qarabağ”ı mübarizədən kənarlaşdırıb.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.