|
|
|
|

“Azərbaycan və Rusiya bir sıra istiqamətlərdə birbaşa uçuşları yaxın günlərdə bərpa etməyi planlaşdırır”.
525.az xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Moskvada rusiyalı həmkarı Sergey Lavrovla birgə keçirdiyi mətbuat konfransında bildirib.
"2024-cü ilin dekabr ayında mülki təyyarəmizlə bağlı məlum faciəli hadisədən sonra məhdudiyyətlər tətbiq edilən bir sıra marşrutlar üzrə birbaşa uçuşların tezliklə bərpa olunması gözlənilir”, - nazir deyib.
Pərvanə Sultanova



