|
|
|
|

"Vaqif Poeziya Günləri Azərbaycan mədəniyyətinin zəngin tarixinə malik mühüm ədəbi-mədəni hadisələrdən biridir. Beş il əvvəl doğma Şuşada yenidən bərpa olunan bu poeziya bayramı ildən-ilə daha da genişlənir və əhatə dairəsini artırır".
Bu fikirləri mədəniyyət nazirinin müavini Fərid Cəfərov Ağdam Muğam Mərkəzində TÜRKSOY-un tərəfdaşlığı ilə təşkil olunan “Sözün sabahı - Türk dünyasının gənc şairlər festivalı”nda çıxışı zamanı səsləndirib.
Festival iştirakçılarına uğurlar arzulayan nazir müavini Şuşanın Azərbaycanın zəngin maddi və qeyri-maddi mədəni irsinin cəmləşdiyi əsas məkanlardan biri olduğunu vurğulayıb. Fərid Cəfərov qeyd edib ki, işğaldan azad olunan ərazilərdə hazırda aparılan genişmiqyaslı bərpa-quruculuq işləri milli mədəniyyətimizin dirçəlişini bütün dünyaya aydın şəkildə nümayiş etdirir ("Azərtac").



