|
|
|
|

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb.
525.az AFFA-nın saytına istinadən xəbər verir ki, UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində iyulun 22-də keçiriləcək “Jelezniçar” (Pançevo, Serbiya) - “Braqa” (Portuqaliya) oyununun hakim-inspektoru olacaq.
Qarşılaşma Pançevo şəhərində yerləşən “Mladost” stadionunda baş tutacaq.



