https://525.az/img/pics/medium/2026-07/397830_z6abrqgkzo.jpg Sabah hava necə olacaq?
https://525.az/img/pics/medium/2026-07/397651_hkzdy3xohp.png Şər həmişə qışqırmır
https://525.az/img/pics/medium/2026-07/397668_6onufghyva.jpeg Ötükən duyğuları - Şəmil Sadiq yazır
https://525.az/img/pics/medium/2026-07/397659_x9h8eczkmp.jpg "Süsənlər" - "Bir rəsmin dedikləri"
search
18 İyul 2026
17 İyul 2026

Millimiz pley-off mərhələsinə yüksəldi

Millimiz pley-off mərhələsinə yüksəldi

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatının seçmə mərhələsində (EBSL) üçüncü oyuna çıxıb. 

525.az xəbər verir ki, B Liqasının B qrupunda yer alan millimiz Latviya yığması ilə qarşılaşıb.

Batumi çimərlik meydançasında baş tutan görüş rəqibin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamızın heyətində hər iki qolu Orxan Məmmədov vurub.

Bununla qrupda ikinci yeri tutan Azərbaycan millisi pley-off mərhələsinə vəsiqə qazanıb. Komandamız bu raundda Norveç yığması ilə qarşılaşacaq.

Qeyd edək ki, millimiz qrupdakı ilk iki oyunda İngiltərəyə 8:3, Slovakiyaya 4:2 hesabı ilə qalib gəlib.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.