https://525.az/img/pics/medium/2026-07/397645_xh4zqpj5hz.jpg “525-ci qəzet”in 17 iyul sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2026-07/397535_cfle63e6e9.jpeg Slovakiya Prezidentinin Azərbaycana səfəri başa çatıb
https://525.az/img/pics/medium/2026-07/397462_w876pdmj3o.jpg Daşın pıçıltısı
https://525.az/img/pics/medium/2026-07/397274_w7e77cswgd.jpg Ötən yayın xatirələri
search
16 İyul 2026

Millimizdən ardıcıl ikinci qələbə

Millimizdən ardıcıl ikinci qələbə

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatının seçmə mərhələsində (EBSL) ikinci oyuna çıxıb. 

525.az xəbər verir ki, B Liqasının B qrupunda yer alan komandamız  Slovakiya yığması ilə qarşılaşıb.

Batumi çimərlik meydançasında baş tutan görüş millimizin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamızdan qolları Elçin Qasımov, Kamran Qürbətov, Ramil Əliyev və Orxan Məmmədov vurublar.

Qeyd edək ki, qrupdakı ilk oyunda İngiltərə yığmasını 8:3 hesabı ilə məğlub edən Azərbaycan millisi üçüncü matçını iyulun 17-də Latviya seçməsinə qarşı keçirəcək.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.