|
|
|
|

Bu ilin yanvar-may aylarında Azərbaycana 3,8 milyon ABŞ dolları dəyərində 506 ton dondurma idxal edilib.
525.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 29 %, kəmiyyət olaraq – 25 % çoxdur.
Hesabat dövründə Azərbaycan Türkiyədən 1,9 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 23 % çox) 220 ton (+16 %), Rusiyadan 1 milyon ABŞ dolları dəyərində (+76 %) 145 ton (+45 %), Belarusdan 375 min ABŞ dolları dəyərində (+33 %) 79 ton (+16 %), Çindən 158 min ABŞ dolları dəyərində 12 ton (1 il əvvəl tədarük olmayıb), İrandan 125 min ABŞ dolları dəyərində 17 ton (1 il əvvəl tədarük olmayıb) məhsul alıb.
Bu il son 16 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Cənubi Koreyadan (12 min ABŞ dolları dəyərində 1,1 ton) və Braziliyadan (3,14 min ABŞ dolları dəyərində 0,3 ton) tədarük həyata keçirilib.



