|
|
|
|

Mundialla erkən vidalaşan Braziliya millisinin ulduz futbolçusu Neymar özünə təsəlli olaraq yaxta alıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, yaxtanın qiyməti 23 milyon dollardır.
"Enexota" adlı nəqliyyat vasitəsi hazırda Rio-de-Janeyro ştatında, Anqre-dus-Reys kurort şəhərciyində lövbər salıb. 46 metr uzunluğu, 800 kv.m sahəsi olan yaxtada 6 kayut, istirahət zonası, hətta helikopter meydançası var.
Xatırladaq ki, Braziliya millisi mundialın 1/16 final mərhələsində Norveçə 1:2 hesabı ilə məğlub olaraq turnirlə vidalaşmışdı.
L.Tağıyeva



