https://525.az/img/pics/medium/2026-07/397664_uq9v1d85t8.jpeg Vətən sevgisi ilə döyünən fırça və "unudulmuş yubiley"
https://525.az/img/pics/medium/2026-07/397667_57nev9iyyf.jpg Sufizmdən müasir fəlsəfəyə - Müsahibə
https://525.az/img/pics/medium/2026-07/397656_ajroxew1zx.png Ödəniş terminalından keçməyən təşəkkür
https://525.az/img/pics/medium/2026-07/397645_xh4zqpj5hz.jpg “525-ci qəzet”in 17 iyul sayında nələr var? - ANONS
search
17 İyul 2026
16 İyul 2026

Argentinalılar ingilis qapıçı Pikforda məxsus qeyd vərəqini tapıblar

Argentinalılar ingilis qapıçı Pikforda məxsus qeyd vərəqini tapıblar

Argentinalılar mundialın yarımfinalında İngiltərə - Argentina matçından sonra ingilis qapıçı Cordan Pikforda məxsus gizli qeyd kağızını tapıblar.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, kağız su qabında olub və masajçı Deddi D'Andrea tərəfindən aşkarlanıb.

Orada oyun sonrası penaltilər zərbəsi olacağı təqdirdə, argentinalıların topu hara vuracaqları ilə bağlı təxminlər yer alıb. 

Messi və komanda yoldaşları qeydlərlə tanış olublar. Məsələn, kağızda Messi ilə bağlı "özünü elə göstər ki, sola tullanırsan" yazılıbmış.

Deyilənlərə görə, bunu oxuduqda Messi gülümsəyib. Deyəsən, onunla bağlı qeyd doğru imiş.

Xatırladaq ki, yarımfinal matçında Argentina millisi hesabda geri olmasına baxmayaraq matçın sonlarında Messinin ötürmələrindən sonra 2 qol vuraraq finala vəsiqə qazanıb.

L.Tağıyeva

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.