https://525.az/img/pics/medium/2026-07/397830_z6abrqgkzo.jpg Sabah hava necə olacaq?
https://525.az/img/pics/medium/2026-07/397651_hkzdy3xohp.png Şər həmişə qışqırmır
https://525.az/img/pics/medium/2026-07/397668_6onufghyva.jpeg Ötükən duyğuları - Şəmil Sadiq yazır
https://525.az/img/pics/medium/2026-07/397659_x9h8eczkmp.jpg "Süsənlər" - "Bir rəsmin dedikləri"
search
18 İyul 2026
17 İyul 2026

“Qarabağ” - SSKA oyununun biletləri satışa çıxarıldı

“Qarabağ” - SSKA oyununun biletləri satışa çıxarıldı

UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsində keçiriləcək “Qarabağ” - SSKA (Sofia, Bolqarıstan) oyununun biletləri sabahdan satışa çıxarılıb.

525.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq matçın standart biletlərinin qiyməti 5, 10, 15 və 20 manat təşkil edəcək. VİP sektorlar üzrə biletlər 50, 75 və 100, VVİP sektorlar üçün isə 150 manat qiymətindədir.

Biletləri yalnız iTicket.az-ın rəsmi saytı və mobil tətbiqi vasitəsilə əldə etmək mümkündür. Onlayn alış zamanı problem yaranacağı təqdirdə isə azarkeşlər iTicket.az-ın satış məntəqələrinə, Park Bulvardakı “Qarabağ” FK Fan Şopuna və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarına müraciət edə bilərlər.

Qeyd edək ki, “Qarabağ” - SSKA görüşü iyulun 23-də saat 20:00-da başlayacaq.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.