https://525.az/img/pics/medium/2026-07/397830_z6abrqgkzo.jpg Sabah hava necə olacaq?
https://525.az/img/pics/medium/2026-07/397651_hkzdy3xohp.png Şər həmişə qışqırmır
https://525.az/img/pics/medium/2026-07/397668_6onufghyva.jpeg Ötükən duyğuları - Şəmil Sadiq yazır
https://525.az/img/pics/medium/2026-07/397659_x9h8eczkmp.jpg "Süsənlər" - "Bir rəsmin dedikləri"
search
18 İyul 2026
17 İyul 2026

"DÇ-2026 tarixin ən yaxşı mundialıdır" - İnfantino

"DÇ-2026 tarixin ən yaxşı mundialıdır"  - İnfantino

FİFA prezidenti Canni İnfantino iyulun 19-da keçiriləcək 2026-cı il dünya çempionatını final matçından dannışıb.

525.az xəbər verir ki, o, cari turniri tarixin ən yaxşı mundialı adlandırıb. İnfantino final qarşılaşmasını 3 milyard insanın izləyəcəyini bildirib: 

"Final atəşfəşanlığa bənzəyəcək. Dünya bir anlıq dayanacaq və 3 milyard insan bu dünya çempionatının necə yekunlaşacağını izləyəcək. Keçmişi və bu günü nəzərə alsaq, bu, tarixin ən yaxşı dünya çempionatıdı".

İnfantinonun sözlərinə görə, turnirdə ən güclü komandalar, ən yaxşı futbolçular və möhtəşəm azarkeş atmosferi bir araya gəlib. O bildirib ki, mundial gözlədiyindən də uğurlu keçib və təşkilatçılar heç bir ciddi neqativ hadisə ilə üzləşməyiblər.

FİFA prezidenti həmçinin turnirin futbol tarixində xüsusi yer tutduğunu bildirib. Onun fikrincə, bu mundialda həm ənənəvi futbol nəhəngləri, həm də yeni komandalar diqqət çəkməyi bacarıb. Azarkeşlər isə unudulmaz futbol hekayələrinin şahidi olublar.

Qeyd edək ki, DÇ-2026-nın finalında iyulun 19-da Argentina və İspaniya milliləri üz-üzə gələcək.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.