https://525.az/img/pics/medium/2026-07/397964_1mryqzj3oz.jpg TARİX HEÇ NƏYİ UNUTMUR
https://525.az/img/pics/medium/2026-07/397898_fsdobxs0zq.jpg “Şuşa təkcə bərpa olunmur, Şuşa sağalır” - Vaqif Poeziya Günlərindən təəssüratlar
https://525.az/img/pics/medium/2026-07/397884_ma11b3nueq.jpg Şuşada "Kitab dayanacağı" istifadəyə verilib
https://525.az/img/pics/medium/2026-07/397868_gzb53galcc.jpg FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
search
21 İyul 2026
20 İyul 2026

Skaloni Argentina millisindəki gələcəyi haqda

Skaloni Argentina millisindəki gələcəyi haqda

Argentina millisinin baş məşqçisi Lionel Skaloni DÇ-2026-nın finalında İspaniyaya əlavə vaxtda 0:1 hesabı ilə uduzduqları oyundan sonra gələcəyi ilə bağlı danışıb.

525.az xəbər verir ki, o, yığmadan ayrılmaq ehtimalının olmasını da istisna etməyib: 

“Əvvəlcə federasiya prezidenti ilə söhbət edəcəyəm. Təxminən nə istədiyimi bilirəm: müqaviləmin sonuna - dekabr ayına qədər işimi yerinə yetirəcəyəm, sonra isə böyük ehtimalla dayanacağam. Açığı, hər şeyi yaxşıca düşünməliyəm. Bilmirəm, əvvəl etdiyim qədər böyük işlər görə biləcəyəmmi.

Argentina millisində işləmək hər bir məşqçinin arzusudur. Biz məşqçilər heyəti və futbolçularla birlikdə son ana qədər əlimizdən gələni etdik. Amma indi hər şeyi yenidən dəyərləndirmək üçün zamana ehtiyacım var. Davam etmək üçün özümə yenidən güc tapmalı, yenilənməli və yeni komanda qurmalıyam. Əldə etdiklərimizi təkrarlamaq inanılmaz dərəcədə çətin olacaq. Hazırda mənim üçün çox ağırdır.

Dekabra qədər hələ vaxt var. Son həftələr tam diqqətimizi dünya çempionatına və futbolçuların oyunlarının təhlilinə yönəltmişdik. Buna görə də gələcəyimlə bağlı məsələ nə mənim, nə də düşünürəm ki, federasiya üçün hazırda təcili deyil”, - deyə Skaloni bildirib.

48 yaşlı mütəxəssis jurnalistlərlə söhbət zamanı emosiyalarını saxlaya bilməyərək göz yaşlarına hakim ola bilməyib.

Qeyd edək ki, Skaloni 2018-ci ildən Argentina millisini çalışdırır. Onun rəhbərliyi altında komanda DÇ-2022-nin, Amerika Kubokunun iki dəfə və Finalissimanın qalibi olub. Məşqçinin Argentina Futbol Assosiasiyası ilə müqaviləsi 2026-cı ilin dekabrına qədər qüvvədədir.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.