
Britaniyanın hakim Leyborist Partiyasının yeni lideri Endi Börnhem Kral III Çarlzdan hökumət qurmaq üçün mandat alaraq Baş nazir vəzifəsinin icrasına başlayıb.
525.az xəbər verir ki, bu barədə Britaniya mediası məlumat yayıb.
Bu gün 56 yaşlı yeni Baş nazir Dauninq küçəsindəki iqamətgahından xalqa müraciət edəcək.
O, 2022-ci ilin sentyabrında taxta çıxan III Çarlz tərəfindən təsdiqlənən üçüncü Baş nazirdir.
Daha əvvəl Kral Kir Starmerin istefasını qəbul edib.
Pərvanə Sultanova



