
Avropa ölkələri isti hava və quraqlıq səbəbindən su böhranı yaşayır.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Niderlandda hökumət uzun müddətdir davam edən quraqlıq, yüksək temperatur və Reyn və Maas çaylarında suyun səviyyəsinin düşməsi səbəbindən "de-fakto su çatışmazlığı" elan edib.
Hökumətin bəyanatında su ehtiyatlarının daha ciddi şəkildə idarə olunacağı və mövcud vəziyyətin içməli suya təsir etmədiyi qeyd edilərək, vətəndaşlara lazımsız su istifadəsindən çəkinmələri tövsiyə olunub.
Almaniyanın Münhen şəhərində də quraqlıq və artan istehlak səbəbindən su məhdudiyyətləri tətbiq edilib.
İbrahim Cəfərov



