
Fransa millisinin kapitanı Kilian Mbappe DÇ-2026-nın bombardiri olub.
525.az xəbər verir ki, 27 yaşlı hücumçu mundialı 8 oyunda vurduğu 10 qolla başa vuraraq "Qızıl buts" mükafatına sahib çıxıb.
"Opta"nın məlumatına görə, Mbappe dünya çempionatları tarixində bu mükafatı iki dəfə qazanan ilk futbolçu olub. Mundialın bombardirinə təqdim olunan "Qızıl buts" mükafatı ilk dəfə 1982-ci ildə təsis edilib.
Fransalı forvard DÇ-2026-nın ən məhsuldar futbolçusu adına da yiyələnib. O, "qol+assist" sistemində 14 xal toplayıb. Mbappe turnirdə 10 qol vurub və 4 məhsuldar ötürmə edib. Bundan başqa, onun dünya çempionatlarındakı ümumi qol sayı 22-yə çatıb. Bu göstərici mundiallar tarixinin ən yaxşı nəticəsidir.
Qeyd edək ki, DÇ-2026-nın finalında İspaniya əlavə vaxtda Argentinanı 1:0 hesabı ilə məğlub edərək dünya çempionu olub.



