
İspaniyanın şimal-şərqində, Saraqosada ilin ən böyük meşə yanğını baş verib.
525.az xəbər verir ki, bu barədə İspaniya dövlət televiziyası RTVE məlumat yayıb. Saraqosanın Cinco Villas bölgəsində baş verən meşə yanğınında 12 min hektar ərazi kül olub.
Yanğın səbəbindən ərazidən 1000-dən çox insan təxliyə edilib. Təsirə məruz qalan ərazidəki yollar bağlı qalır.
İspaniyanın Qvadalaxara bölgəsindəki La Mierlada baş verən meşə yanğını isə təxminən 5400 hektar əraziyə ziyan vurub və 600-dən çox insanın təxliyəsi ilə nəticələnib.
Yüzlərlə yanğınsöndürən ölkənin müxtəlif bölgələrində davam edən meşə yanğınları ilə mübarizə aparır. İspaniya Meteorologiya İnstitutu ölkədə yeni bir isti dalğası yaşanacağı və bəzi ərazilərdə temperaturun 45 dərəcə selsiyə çatacağı barədə xəbərdarlıq edib.
İbrahim Cəfərov



