
Bu gün UEFA Çempionlar Liqasında ikinci təsnifat mərhələsinin oyunlarına start verilib.
525.az xəbər verir ki, yarışda ölkəmizi təmsil edən “Sabah” öz meydanında Finlandiya çempionu "KuPS"u qəbul edib və 1:0 hesablı qələbə qazanıb.
Tərəflər arasında cavab oyunu iyulun 28-də Finlandiyada keçiriləcək.
Qeyd edək ki, bu cütdə mərhələ adlayacaq tərəf Çempionlar Liqasının III təsnifat mərhələsində "Orhus" (Danimarka) - "Lex" (Polşa) cütünün qalibi ilə qarşılaşacaq.
Uduzan tərəf isə UEFA Avropa Liqasının III təsnifat mərhələsində "Levski" (Sofiya, Bolqarıstan) - "Universitatya" (Krayova, Rumıniya) duelinin məğlubu ilə üz-üzə gələcək.
21 iyul
UEFA Çempionlar Liqası
2-ci təsnifat mərhələsi, ilk oyun
20:00. “Sabah” (Azərbaycan) - "KuPS" (Finlandiya) - 1:0
Qol: Velko Simiç, 45+1
Baş hakim: Lukaş Kujma (Polşa)
Masazır stadionu



