https://525.az/img/pics/medium/2026-07/398150_z6oou6uzi6.jpg Mavi ekranlardan Milli Mətbuat Gününə baxış...
https://525.az/img/pics/medium/2026-07/398119_pfqy89o89q.jpg Milli Mətbuat Gününə oxucu təbriki
https://525.az/img/pics/medium/2026-06/394078_x5krpk1unm.jpg "Peşəkar jurnalistika tarazlığı qoruyub saxlayacaq" - Mətbuat Şurasının sədri
https://525.az/img/pics/medium/2026-07/398062_88peew5rr3.jpg “Uzaq xatirələr ayıldar səsin...” - Flora Kərimova - 85
search
22 İyul 2026
21 İyul 2026

“Qarabağ”la oyunda heç-heçə məğlubiyyət kimidir” - SSKA-nın futbolçusu

“Qarabağ”la oyunda heç-heçə məğlubiyyət kimidir” -  SSKA-nın futbolçusu

SSKA-nın (Bolqarıstan) müdafiəçisi Teodor İvanov Avropa Liqasının 2-ci təsnifat mərhələsində “Qarabağ”a qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb.

525.az Bolqarıstan mediasına istinadən xəbər verir ki, bolqar futbolçubu gün Azərbaycana yola düşməzdən əvvəl hava limanında jurnalistlərin suallarını cavablandırıb.

İddialı açıqlama verən İvanov bildirib ki, Bakıya ən yaxşı oyunlarını nümayiş etdirmək üçün gedirlər:

“Qarabağ” ciddi rəqibdir və yüksək səviyyəyə malik komandadır. Yaxşı nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik.

Məncə, komandanın istəyi və qələbə əzmi dəyişməlidir. Bizim keyfiyyətimiz var. SSKA üçün heç-heçə yoxdur, bizim üçün yeganə müsbət nəticə qələbədir. Əhval-ruhiyyənin ən yüksək səviyyədə olmaması normaldır. Bizim üçün heç-heçə məğlubiyyət kimidir.

Ümid edirəm ki, yaxşı oyun göstərib layiqli çıxış edəcəyik. Təzyiq həmişə olacaq. Təzyiq varsa, deməli, işləri düzgün görürsən. Həm özümüz, həm də azarkeşlərimiz üçün əlimizdən gələni etməyə çalışırıq.

Azarkeşlər uğurlarımızın 50 faizini təşkil edir və onların yoxluğunu hiss edəcəyik. Televiziya qarşısında onlara sevinc yaşatmağa çalışacağıq”, - deyə İvanov bildirib.

Xatırladaq ki, “Qarabağ”la SSKA arasında ilk matç iyulun 23-də Bakıda, cavab görüşü iyulun 30-u Sofiyada keçiriləcək.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.