
Milli Kitabxanada milli mətbuatın yaranmasının 151 illiyi münasibətilə “22 İyul – Milli Mətbuat və Jurnalistika Günü” adlı virtual və ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.
525.az-a Kitabxanadan bildirilib ki, sərgilərdə milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin əsərləri, milli mətbuat və jurnalistika haqqında, həmçinin milli mətbuatın yaranmasında xüsusi xidmətləri olan Azərbaycanın dahi ədiblərinin həyat və yaradıcılığını əks etdirən Azərbaycan və xarici dillərdə ədəbiyyatlar, fotolar, dövri mətbuat səhifələrində dərc olunan materiallar nümayiş edilib.
Virtual sərgi ilə tanış olmaq istəyənlər linkdən istifadə edə bilərlər.



