
Nigeriyanın Adamava ştatında tarlada çalışan 9 nəfəri ildırım vurub.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Adamava ştatı polisinin sözçüsü Süleyman Nquroje bildirib.
O deyib ki, hadisə ştatın Qanye bölgəsindəki Dadiri-Tirigali kəndində baş verib. İldırım vurması nəticəsində 6 nəfər həlak olub. Huşsuz tapılan 3 nəfər isə xəstəxanaya aparılıb. Onların vəziyyəti ağır olaraq qiymətləndirilir.
İbrahim Cəfərov



