|
|
|
|

Bu ilin yanvar-iyun aylarında Azərbaycandan Almaniyaya 360 min 299 ton xam neft ixrac edilib.
525.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 210 milyon 855,8 min ABŞ dolları təşkil edib.
Azərbaycandan Almaniyaya ixrac olunmuş məhsulun miqdarı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 36 %, dəyəri isə 30,3 % azalıb.
Azərbaycanın ümumi neft ixracında Almaniyanın payı 3,55 % olub.
Bu ilin yanvar-iyun aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 6 milyard 231 milyon 422,24 min ABŞ dolları dəyərində 10 milyon 125 min 467,17 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.



