|
|
|
|

Macarıstanın paytaxtı Budapeştdə naməlum şəxs Baş nazir Peter Madyara qarşı təhqiramiz hərəkət edib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin Mətbuat Xidməti məlumat yayıb.
Məlumatda dünən Qərb vağzalında perronda hərəkət edərkən Baş nazirə naməlum şəxsin arxadan tüpürdüyü bildirilir. Mühafzə xidmətinin əməkdaşları dərhal onu ərazidən uzaqlaşdırıblar. Madyar həmin şəxsə qarşı cinayət işinin açılmasına qarşı çıxıb. O, olayla bağlı fikir bildirərkən, günahı keçmiş Baş nazir Viktor Orbanda, onun qurduğu kabinetinin apardığı təbliğatda görüb.
Qeyd edək ki, Peter Madyar hadisə baş verən zaman Qərb vağzalında nəqliyyat naziri ilə birgə imiş və gələcəkdə dəmiryolunun inkişaf etdirilməsi imkanlarını nəzərdən keçirirmiş.
L.Tağıyeva



