|
|
|
|

"Qarabağ" UEFA Avropa Liqasında bu gün növbəti oyununu keçirəcək.
525.az-ın məlumatına görə, Qurban Qurbanovun baş məşqçi olduğu komanda turnirin II təsnifat mərhələsinin ilk oyununda, Bakıda Bolqarıstanın ÇSKA (Sofiya) kollektivini qəbul edəcək.
Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:00-da start götürəcək. Matçı italiyalı FIFA referisi Daniele Kiffi idarə edəcək.
Xatırladaq ki, komandalar arasında cavab matçı iyulun 30-da Sofiya şəhərində baş tutacaq.



