https://525.az/../img/pics/medium/159490_2p8gsznw1l.jpg Ana kitabımızdakı yeni mənalar haqqında sanballı araşdırma
https://525.az/img/pics/medium/2026-06/395690_1ypkk44300.jpg Əli Kərimlə bağlı doğma xatirələr 
https://525.az/img/pics/medium/2026-06/395728_ybqseh8m8u.jpg Qərbi Azərbaycan həqiqətlərini dünyaya çatdıran əsər
https://525.az/img/pics/medium/2026-06/395727_xk5hzue50w.jpg "Atamın mənə ən böyük dərsi işə peşəkar yanaşmaqdır" - Ayla Osmanova
search
29 İyun 2026

Paralimpiya çempionu İmaməddin Xəlilov şəhid övladlarına "ustad dərsi" keçib

Paralimpiya çempionu İmaməddin Xəlilov şəhid övladlarına "ustad dərsi" keçib

Azərbaycanın paralimpiya çempionu İmaməddin Xəlilov şəhid övladlarına "ustad dərsi" keçib.

525.az Azərbaycan Milli Paralimpiya Komitəsinə istinadən xəbər verir ki, taekvondoçu şəhid övladları üçün təşkil olunan 5-ci "YAŞAT" düşərgəsinin qonağı olub.

Düşərgə çərçivəsində keçirilən "ustad dərsi"ndə İ.Xəlilov iştirakçılarla səmimi görüş keçirərək idman yolunda qazandığı təcrübəni və uğur hekayəsini onlarla bölüşüb. Paralimpiya çempionu çıxışı zamanı əzmkarlığın, intizamın, zəhmətin və özünəinamın uğurun əsas təməl prinsipləri olduğunu vurğulayıb, qarşıya qoyulan məqsədlərə çatmaq üçün daim çalışmanın vacibliyindən danışıb.

"Ustad dərsi" zamanı iştirakçılar parataekvondo haqqında ətraflı məlumat əldə edib, bu idman növünün əsas texnikaları və məşq prosesi ilə yaxından tanış olublar. Eyni zamanda, çempionun rəhbərliyi ilə keçirilən praktiki məşğələlər uşaqlarda böyük maraq və motivasiya yaradıb, onlara həm idman bacarıqlarını inkişaf etdirmək, həm də sağlam həyat tərzinin əhəmiyyətini daha yaxından mənimsəmək imkanı qazandırıb.

Uşaqlarda idmana marağın artırılması, sağlam həyat tərzinin təşviqi və gələcək uğurlara inamın gücləndirilməsi baxımından yaddaqalan olan görüşün sonunda iştirakçılar İ.Xəlilovla xatirə şəkilləri çəkdirib, onları maraqlandıran suallara cavab alıblar.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.