
Çinin Sıçuan əyalətində 5,2 bal gücündə güclü zəlzələ baş verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.
Zəlzələnin episentri 118 min əhalisi olan Syunçan şəhərindən 311 km qərbdə, 10 km dərinlikdə yerləşib.
Qeyd edək ki, dağıntı və insan tələfatı barədə məlumat verilmir.
L.Tağıyeva



