https://525.az/img/pics/medium/2026-02/383391_y481p9y3zc.jpg Leysan xarakterli yağış yağır - FAKTİKİ HAVA
https://525.az/img/pics/medium/2026-06/394226_54n3ftcuj7.jpg Müstəqilliyin və təhlükəsizliyin etibarlı təminatçısı - Azərbaycan Ordusu
https://525.az/img/pics/medium/2026-06/395562_66nlxu7skz.jpg Kino və ya gözüaçıq gördüyümüz yapay yuxular...
https://525.az/img/pics/medium/2026-06/395532_ql9ecxpbk8.jpg Nizaminin "ev"i tikilir
search
27 İyun 2026
26 İyun 2026

Leandro Andrade “Qarabağ”dan getdi

Leandro Andrade “Qarabağ”dan getdi

Leandro Andrade “Qarabağ”dan gedib.

525.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti xəbər yayıb.

Qeyd olunub ki, “Qarabağ” Leandro Andradenin transferi ilə bağlı Ukraynanın “Polesye” klubunun təklifini və yarımmüdafiəçinin istəyini nəzərə alaraq müsbət cavablandırıb.

Klublar arasında aparılan danışıqlar uğurla yekunlaşıb və tərəflər arasında razılıq əldə olunub. 

2022-ci ilin yanvarından “Qarabağ”ın formasını geyinən kabo-verdeli futbolçu komandanın heyətində 2021-2022, 2022-2023, 2023-2024 və 2024-2025-ci illər mövsümlərində Azərbaycan çempionu olub, 2021-2022 və 2023-2024-cü illər mövsümlərində Azərbaycan kubokunu qazanıb. “Qarabağ”ın 2023-2024-cü illər mövsümündə UEFA Avropa Liqasının 1/8 finalına, 2025-2026-cı illər mövsümündə UEFA Çempionlar Liqasının pley-offuna yüksəlməsində əməyi olan Andrade 2022-2023 və 2024-2025-ci illər mövsümlərində UEFA Avropa Liqasının əsas, 2021-2022 və 2022-2023-cü illər mövsümlərimdə UEFA Konfrans Liqasının pley-off mərhələlərinin iştirakçısı olub. Leandro “Qarabağ”da keçirdiyi ümumilikdə 213 matçda 60 qol vurub.

Andrade “Qarabağ”da oynadığı müddətdə Avropa miqyaslı klub turnirlərinin tarixinə düşüb. O, əsas mərhələlərin üç fərqli matçının 1-ci dəqiqəsində qol sevinci yaşayan ilk və yeganə oyunçudur.

“Qarabağ” Leandro Andradeyə klubdakı çıxışı dövründə göstərdiyi xidmətlərə görə təşəkkür edir, karyerasında uğurlar arzulayır.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.