|
|
|
|

"Bakı Neft Mədən Avadanlıqları" ASC ötən ili 415 min manat xalis mənfəətlə başa vurub.
525.az xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 57,8 % çoxdur.
Ötən il "Bakı Neft Mədən Avadanlıqları"nın vergiyəqədərki mənfəəti 519 min manat (illik müqayisədə 57,8 % çox), mənfəət vergisi ödəmələri 104 min manat (+57,6 %) təşkil edib.
Bu il yanvarın 1-nə "Bakı Neft Mədən Avadanlıqları"nın aktivləri 2,091 milyon manat olub ki, bu da, illik müqayisədə 10,1 % azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 39,3 % azalaraq 482 min manata enib, balans kapitalı isə 5 % artaraq 1,609 milyon manata çatıb.
Xatırladaq ki, "Bakı Neft Mədən Avadanlıqları" 2001-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 766 min manatdır.



