https://525.az/img/pics/medium/2026-03/386123_jkw6mq0dxd.jpg Leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
https://525.az/img/pics/medium/2026-06/395442_iv5fnhq39q.jpg Aşura günü ilə bağlı qanvermə aksiyası başa çatıb, 1269,45 litr qan toplanıb - YENİLƏNİB
https://525.az/img/pics/medium/2026-06/395415_e62vkxxqpj.jpg Futbol üzrə dünya çempionatı Azərbaycanda keçiriləcək
https://525.az/img/pics/medium/2026-06/395378_4yo2f4g2ak.jpg Milli Məclis və TBMM sədrləri görüşüb - YENİLƏNİB
search
25 İyun 2026

“Qarabağ”dan bu yayın 6-cı transferi

“Qarabağ”dan bu yayın 6-cı transferi

2026/27 mövsümünün transfer çalışmalarını davam etdirən “Qarabağ” növbəti futbolçu keçidini gerçəkləşdirib. 

525.az xəbər verir ki, bu haqda klub açıqlama yayıb. Rusiyanın “Pari Nijni Novqorod” klubu ilə danışıqlar uğurla yekunlaşıb və yamaykalı Renaldo Sefas “Qarabağ”a transfer olunub.

Hər iki cinah vingeri, həmçinin mərkəz hücumçusu kimi çıxış edən futbolçu ilə 3 illik müqavilə imzalanıb. 26 yaşlı yamaykalı 2029-cu ilin yayına qədər klubun formasını geyinəcək.

Yamaykada “Arnett Qardens”in formasını geyinmiş Renaldo Şimali Makedoniyada “Şkupi”, Türkiyədə “Ankaragücü”də çıxış edib və 2025-ci ilin yayında Rusiya təmsilçisinə keçib.

2023-cü ildən Yamayka millisinin futbolçusu olan Sefas 21 oyunda 1 qol vurub. O, 2024-cü ildə KONKAKAF Millətlər Liqasının bürünc mükafatçısı olub.

Qeyd edək ki, Renaldo Sefas yay transfer pəncərəsində komandanın altıncı transferidir. Daha əvvəl Jali Muaddib, Zakaria Savo, Samuel Lobato, Bruno Lanqa və Martin Zlomisliç “Qarabağ”a qoşulub.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.