
Transfer çalışmalarını davam etdirən “Araz-Naxçıvan” heyətinə daha bir futbolçu qatıb.
525.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
Naxçıvan təmsilçisi Alexandro Herrera ilə müqavilə imzalayıb. Kolumbiyalı yarımmüdafiəçi ilə anlaşma 1+1 illikdir. 21 yaşlı mərkəz yarımmüdafiəçisi “Arko Zaragoza” akademiyasının yetirməsidir. Peşəkar futbolçu karyerasına Argentina “Banfield”ində başlayan Herreranın sonuncu klubu Dominikanın “San Kristobal”ı olub.



