
Almaniyada bütün ölkə üzrə qatar xidmətləri dayandırılıb.
525.az DPA-ya istinadən xəbər verir ki, buna səbəb texniki nasazlıqdır. Qeyd olunub ki, problemin aradan qaldırılması üçün bütün mövcud resurslar səfərbər edilib.
Alman dəmiryolu şirkətinin (Deutsche Bahn) baş direktoru Evelyn Palla məsələ ilə bağlı “Bild” qəzetinə deyib: "Hazırda qatarları stansiyalara çatdırmağa çalışırıq ki, sərnişinlər enə bilsinlər. Sonra hələ tam başa düşmədiyimiz problemi həll etməliyik".
Alman mətbuatında çıxan xəbərlərdə bəzi qatarların hazırda stansiyalarda gözlədiyi, relslərdə gözləyən qatarların isə sərnişinlərin enməsi üçün ən yaxın qatar stansiyasına aparıldığı bildirilib.
İbrahim Cəfərov



