
“İran ABŞ ilə danışıqlar zamanı istənilən ssenariyə hazırdır”.
525.az xəbər verir ki, bunu İranın BMT-nin Cenevrədəki ofisində daimi nümayəndəsi Əli Bəhreyni bildirib.
O deyib ki, İran ABŞ ilə danışıqları son dərəcə ehtiyatla aparır.
“Biz istənilən varianta və istənilən ssenariyə hazırıq. İranın ABŞ-a etibar etmək üçün heç bir səbəbi yoxdur", - iranlı diplomat bildirib.
O xatırladıb ki, Vaşinqton İranla nüvə dosyesi üzrə danışıqlarda iştirak etdiyi və razılaşmanın əldə olunmasına hazır olduğu bir vaxtda İrana qarşı müharibəyə başlayıb.
Pərvanə Sultanova



