
Finlandiyada hərbi qulluqçuların uzun saç saxlamalarına icazə verilib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, yeni qərar iyulun 1-dən qüvvəyə minəcək.
Ekspertlərin rəyinə əsasən uzun saç hərbçilərin döyüş qabiliyyətinə təsir etmir. Bununla belə xidmət zamanı saçların açıq qalması əvvəlki kimi qadağan olunacaq.
Qeyd edək ki, buna kimi Kanada, Almaniya, İsveç, Danimarka və Norveç ordusunda kişi hərbçilərə uzun saç saxlamağa icazə var idi.
L.Tağıyeva



